XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 08:01

AŞPA-nın Azərbaycan üzrə məruzəçisiBakıya gəlir

aspa meruze

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərindən biri Ştefan Şennak gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə o, öz Twitter mikrobloqunda yazıb.

Səfərin proqramı açıqlanmır, lakin ümumi təcrübəyə əsasən, məruzəçilər rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirir və görüşlərin yekunlarına görə qiymətləndirmə aparır.

Azərbaycan üzrə ikinci məruzəçi Polşalı deputat Tadeuş İvinskidir, onun səfəri haqqında hələlik heç nə məlum deyil.