XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 08:53

Dilqəm Əsgərovun oğlu:"Atam gələndən sonra ata-baba yurdumuz Kəlbəcərə birlikdə gedəcəyik"

Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərov axşam saatlarında Vətənə gətiriliblər.

APA xəbər verir ki, erməni girovluğundan azad edilərək ölkəmizə gətirilimiş Dilqəm Əsgərovun ailəsi də bu xəbəri sevinc hissi qarşılayıb.

Əməkdaşlarımız D.Əsgərovunun ailəsinin yaşadığı Şəmkir rayonunun Çinarlı kəndində olublar. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının azad olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb:

“Mən 6 il əvvəl də demişdim ki, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu. İndi biz Ali baş Komandanımıza  ailəmiz adından təşəkkürümüzü bildirik”.

K.Əsgərov deyib ki, gələcəkdə atası ilə birgə işğaldan azad olunmuş ata-baba yurdu Kəlbəcərə səfər etməyi düşünür:

“Çünki birlikdə ora getmək mənim və atamın çoxdankı arzusu olub”.

D.Əsgərovun xanımı Firuzə Əsgərovanın sözlərinə görə, həyat yoldaşı öz ata-anasının məzarını ziyarət edən zaman əsir düşüb: “O, 6 ilə yaxındır erməni əsirliyindədir. Həmin müddət ərzində mən də çox çətinliklər çəkdim. Övladlarımı təkbaşıma böyütdüm. Çox sağ olsun Ali Baş Komandanımız”.

Qeyd edək ki, 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 15-də günorta saatlarında təyyarə ilə Bakıya gətiriliblər. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra onlar ailələrinə qovuşacaqlar.