XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 09:12

ÜST rəsmisi:"Şaxta babanın koronavirusa qarşı immuniteti var"

“Yaşlı olmasına baxmayaraq, Şaxta babanın COVID-19-a qarşı immuniteti var və bu il də hər kəsə hədiyyələr çatdıracaq”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bazar ertəsi günü keçirdiyi brifinqdə bildirib.

“Şaxta baba risk qrupuna aid insanların yaşında olduğu üçün bütün dünyada uşaqların narahatlıqlarını bölüşürük. Ancaq onu deyə bilərəm ki, Şaxta babanın bu virusa qarşı immuniteti var. Onunla qısa bir söhbət elədik, o qaydasındadır. Şaxta babanın xanımı da yaxşıdır. Dünyanın bir çox dövlət başçıları bizə bildiriblər ki, Şaxta babanın onların ölkəsinin hava məkanına daxil ola bilməsi üçün karantin məhdudiyyətlərini müəyyən qədər yumşaldıblar. Odur ki, o, bütün hədiyyələri çatdıracaq”, – ÜST rəsmisi belə deyib.

Van Kerkhove onu da əlavə edib ki, bununla yanaşı, uşaqlar Şaxta baba ilə məsafə saxlamağın və şəxsi gigiyena ilə bağlı valideynlərinin bütün tələblərinin yerinə yetirilməsinin vacibliyini də unutmamalıdırlar.