XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 21:49

Olimpiya çempionumuz Dünya Kubokundan imtina etdi –Səbəb

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları Şəriş Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

Məlumata görə, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıb.

Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda 9 sərbəst güləşçi təmsil edir.

Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib/Report.