XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 10:30

Bakının mərkəzi yollarında nəqliyyatınhərəkəti məhdudlaşdırılıb

yollar

Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək "Formula 1" yarışına hazırlıq işləri ilə əlaqədar "Neftçilər" prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"ndən yayılan məlumatda bildirilib. 

Qeyd edilir ki, bu səbəblə əlaqədar Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.