XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 10:32

Məsut Özildən “Real” açıqlaması

mesud

"Arsenal"ın fubolçusu Məsut Özil mövsümün sonunda yenidən Madrid "Real"ına qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Özil "Arsenal"dan ayrılmaq niyyətində olmadığını deyib:

 

"Zidan inanılmaz futbolçu idi. Onun heyranıyam. Əminəm ki, Zidan məşqçi kimi də bir sıra uğurlara imza atacaq. "Real"a qayıdacağımla bağlı xəbərlər həqiqəti əks etdirmir. Hazırda "Arsenal"ın futbolçusuyam və buradan ayrılmaq niyyətim yoxdur".

 

Qeyd edək ki, Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a transfer olunub.