XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 10:23

Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə etdi- Məbləğ

Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralanan hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə edib.

Bu barədə “Report”a Energetika Nazirliyindən bildirilib.

Qeyd edilir ki, nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından “YAŞAT” Fonduna 300 019,02 manat köçürüb.