XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 13:44

“Twitter” “Periscope” tətbiqini bağlayacaq

“Twitter”ə məxsus “Periscope” video-yayım tətbiqinin fəaliyyəti 31 mart 2021-ci il tarixindən etibarən dayandıracaq. Artıq dekabrın 15-dən “Periscope”da yeni hesabların yaradılması funksiyası ləğv edilib.

APA-Economics” xəbər verir ki, bu barədə “Twitter”in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, tətbiqin veb-saytına giriş yalnız arxivləşdirilmiş yayımları izləmək üçün açıq qalacaq. “Periscope” əvəzinə videoları “Twitter Live” vasitəsilə yayımlamaq mümkün olacaq.

Xatırladaq ki, “Periscope” 2015-ci ildə istifadəyə verilib. “Twitter” sözügedən tətbiqi 2014-cü ildə 120 mln. ABŞ dollarına satın almışdır.