Azərbaycan tibb elminə ağır itki üz verib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. Qeyd edilib ki, dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, professor, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.
Azərbaycanın ilk qadın pediatr alimi Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.