XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 11:20

Jurnalistin qatillərinə bu gün hökm oxunacaq

 

rasimin işi1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçiriləcək və müttəhimlərə hökm oxunacaq.

 

musavat.com-un məhkəmədə olan reportyoru xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək proses 10:30-a təyin olunsa da, proses yubanır. Məhkəmə binası qarşısında təqsirləndirilən şəxslərin çoxsaylı yaxınları, media nümayəndələri toplaşıblar. 

 

Son məhkəmə iclası bir azdan başlayacaq.