XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 19:36

Ukrayna aviaşirkəti Bakıdan qeyri-müntəzəm uçuş həyata keçirəcək –Açıqlama

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək.

Bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Adlçəkilən reys üzrə uçuşun dekabrın 28-də həyata keçirilməsi planlaşdırılıb.

Biletlərin qiyməti 8 100 qrivnadan (496 manat) başlayır.

Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunub.

Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşa buraxılacaq.

Bundan başqa, “SkyUp Airlines” aviaşirkəti Kiyev-Tbilisi-Kiyev və Kiyev-Daşkənd-Kiyev qeyri-müntəzəm uçuşlar həyata keçirəcək. Tbilisi-Kiyev reysləri 1926 və 30 dekabrda baş tutacaq. Kiyev-Daşkənd reysləri isə 1726 dekabr, həmçinin 2021-ci ilin 6 və 20 yanvar tarixlərində baş tutacaq. Daşkənd-Kiyev qeyri-müntəzəm aviareysləri isə 1724 dekabr və 721 yanvar tarixlərində həyata keçiriləcək.

Bundan öncə qeyd edilib ki, “SkyUp” aviaşirkəti dekabr və yanvar aylarında Çexiya, İtaliya və Fransaya da qeyri-mütənzəm uşuşlar həyata keçirəcək/Report.