XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 19:12

Biləsuvarda daha bir şəhid dəfn olunub –FOTO

Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib.

Məlumata görə, rayonun Zəhmətabad kəndində şəhid evində vida mərasimi keçirilib.

Daha sonra G.Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub/Report.

Allah rəhmət eləsin!