XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 07:42

Niderlandda Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib

avropa oyunlar loqo.jpg

Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib. Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Beynəlxalq Biznesin İdarəolunması və Beynəlxalq İqtisadiyyat və Biznes fakültələrində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunub. Təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Viyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Strateq.az