XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 18:03

Əfqanıstan Prezidentinin müşaviri Bakıya səfər edəcək –Bu tarixdə

Əfqanıstan İslam Respublikası Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr Bakı şəhərində səfərdə olacaq.

Bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

“Səfərdə məqsəd, Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırki səviyyəsi barədə müzakirələr aparmaq, təhükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır”, – deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub/Report.