XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 09:11

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal-şərqində əməliyyat keçirib:beş terrorçu öldürülüb

Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimal-şərqində PKK terrorçularının Suriya qanadı YPG-nin beş silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, terrorçular “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına hücuma cəhd ediblər və vaxtında aşkarlanaraq zərərsizləşdiriliblər.

Verilmiş koordinatlar üzrə artilleriya zərbələri endirilib.