Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 652 yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 146 584 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 130 776 nəfəri sağalıb, 2 147 nəfəri isə vəfat edib.