XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 13:38

Rusiyada koronavirus:indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb

Rusiyada son bir gündə daha 28 948 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 511 nəfər artaraq 50 858-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb.