XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 22:27

Abşeronda yol qəzası olub:xəsarət alanlar var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.