XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 16:04

Ali Məhkəmənin sədri:“Bankların dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”

mehkeme

 

“Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”.

 APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla bağlı kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R. Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.