XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 16:17

Vəkillər Kollegiyası Elçin Sadıqov barəsində qərar verəcək

Elçin Sadıqov

Ali Məhkəmənin hakimi Fərhad Kərmovun müraciətinə əsasən, Vəkillər Kollegiyası Elçin Sadıqov barəsində rəy verib. Elçin Sadıqovun bildirdiyinə görə, müraciət Novruz Bayramı ərəfəsində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimlinin müdafiəsi ilə bağlıdır. Vəkil qeyd edir ki, ötən ilin oktyabr ayında Pərviz Həşimlinin Ali Məhkəməyə şikayəti əsasında baxışdan əvvəl müdafiə etdiyi şəxsin xahişinə əsasən, onun prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb. “Oktyabrın 27-də Ali Məhkəmə mənim iştirakım olmadan iclas keçirərərək Pərviz Həşimli barəsində qərarı qüvvədə saxlayıb. Mən isə vəsatətə əsasən, iclasın təxirə salınması ilə bağlı vəsatətim təmin edilməyib. Hakim Fərhad Kərimov həm mənim, həm də digər vəkil Bəhruz Bayramov barəsində Vəkillər Kollegiyasına müraciət edib ki, guya biz Pərviz Həşimlinin hüquqlarını müdafiə etməmişik. Vəkillər Kollegiyasının İntizam Komissiyası da bununla bağlı rəy verib. Ancaq mən bu rəyi əsassız hesab edirəm. Çünki məhkəmə baxışının təxirə salınması ilə bağlı ərizə göndərmişəm və məhkəmənin çıxardığı qərar, yəni həmin ərizənin təmin edilməməsinə görə məsuliyyət daşımıram. Pərviz Həşimlinin hüquqlarını isə ibtidai istintaqdan Avropa Məhkəməsinə qədər bütün instansiyalarda müdafiə etmişəm. Bunu Pərviz Həşimli Vəkillər Kollegiyasına məktubunda da qeyd edib” – deyən vəkil bildirir ki, bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində bu məsələ ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, İntizam Komissiyasının rəyinə əsasən, Rəyasət Heyəti intizam tənbehi verə bilər. İntizam tənbehlərinə isə “irad tutma”, “xəbərdarlıq”, “töhmət”, həmçinin vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmə də nəzərdə tutulur.

Vəkil Elçin Sadıqov bunu özünə qarşı peşə fəaliyyəti ilə bağlı təzyiq hesab edir. “Bu, mənim jurnalistləri, hüquq müdafiəçilərini və tənqidi fikirli insanları müdafiə etdiyimə görədir” – deyə vəkil vurğulayır.

 

Aruz

Strateq.az