XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 21:45

“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ixtisas qrupu dəyişdirilir

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi bildirir ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təkliflər əsasında qərar layihəsi hazırlanıb və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alınaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaq.