XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 12:00

Şimal bölgəsində 26 sm hündürlükdə qar yağıb- Temperatur mənfi 10 dərəcəyə enib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusarın Ləzə kəndində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib. 

Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb.

Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb.