XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 19:12

Yol polisi vətəndaşlara müraciət edib- Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar

DİN Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarədən APA-ya daxil olan müraciətdə bildirilir ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki,  istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər. 

“Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.