XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 17:36

AzTV Şuşada yayıma başlayıb- Açıqlama

Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb. 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, – deyə şöbədən bildirilib.