XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 10:16

Məmmədyarov Lavrova “Qarabağ problemi yetişib” dedi: “Bunu həll etmək lazımdır” -FOTO

lavrov elmar.jpg

“Dağlıq Qarabağ problemi Moskavada apardığım danışıqlarda aktiv müzakirə olunan mövzu oldu”.

Strateq.az bildirir ki, bu barədə Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyalı həmkarı Lavrovla keçirdiyi brifinqdə bəyan edib.

“Bu problem barədə səslənən nikbin notları bölüşürəm. Problem mövcuddur və onu həll etmək lazımdır. Bu problem artıq yetişib”-deyə XİN rəhbəri qeyd edib.

öz növbəsində Lavrov bildirib ki, Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq Cənubi Qafqazda sabiltlik baxımından çox mühümdür. “Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək. Bu problemlə bağlı vasitəçilk Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir”-deyə Lavrov qeyd edib.

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında bağlı qapılar arxasında keçirilən danışıqların yekunlarına dair bir sıra sənədlər imzalayıblar. Onlardan birincisi Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmə planıdır

Xəbər verildiyi kimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir.

Nazirlər iki ölkə arasında fəal siyasi dialoqdan danışıblar, bildiriblər ki, bu dialoq ikitərəfli əməkdaşlığa dair istisnasız olaraq bütün məsələlərin müzakirəsinə imkan verir.