Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.
Məlumata görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.
Şəhid sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə etmək mümkün olmayıb. Ötən gün H.Yusifovun şəhid olduğu məlum olub.
H.Yusifov bu gün Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırılıb/Report.
Allah rəhmət eləsin!