XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 11:00

Gürcüstanda koronavirus:1 097 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada koronavirusa 1 097 yeni yoluxma faktı təsdiqlənib, 3 208 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 221 605 nəfərdə aşkarlanıb. Onların 203 547-si sağalıb, 2 377-si isə ölüb.

Karantin zonalarında 420, stasionar nəzarətdə 5 677 nəfər var. 1 393 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.