XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 12:58

Türkiyədə qar uçqunu altında qalan 2 əsgərdən biri şəhid olub

Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar. Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri şəhid olub.