XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 14:00

Hulusi Akardan xəbərdarlıq:"Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, hədəfə alınacaqlar"

“Qatil Həftar və tərəfdarları bilməlidirlər ki, Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, qanuni haqqımızdan istifadə etməklə hər yerdə hədəfə alınacaqlar”.

Bunu Türkiyə Müdafiə Naziri Hulusi Akar bildirib.

Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər”.

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib. /APA