XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 23:57

Beynəlxalq turnir:Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə edib

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Strateq.az Report-a istinadla xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.