XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 14:47

Avropa Liqası:UEFA "Qarabağ"ın futbolçusunu seçdi

UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.

Yarışın rəsmi tvitter səhifəsi xəbər verir ki, onların arasında “Qarabağ”ın futbolçusu Ovusu Kvabenanın dəqiq zərbəsi də yer alıb.

23 yaşlı qanalı hücumçunun II turda İspaniya “Vilyarreal”ı ilə matçdakı qolu ən yaxşılardan hesab edilib.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçirilmiş qarşılaşma “Qarabağ”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan çempionu I qrupunu 1 xalla 4-cü pillədə bitirib. (report)