XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 11:00

Yanvar-fevral aylarında Gürcüstana gedənazərbaycanlıların sayı açıqlandı

gurcustan

Cari ilin yanvar-fevral aylarında 114 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yeri tuturlar. Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb. İkinci və üçüncü yerləri Türkiyə və Rusiya vətəndaşları tuturlar.

Ümumilikdə, hesabat dövründə Gürcüstana 360 mindən çox turist səfər edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən il isə Gürcüstana rekord həddə – 5,8 milyon turist gəlib və bundan 750 milyon ABŞ dolları gəlir əldə olunub(azərtac).