XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 22:15

Gürcüstan UNWTO-nun baş katibliyinə namizəd irəli sürüb

Zurab Pololikaşvili BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2022-2025-ci illər üçün baş katibi postuna yenidən namizəd irəli sürülüb.

Bu barədə Gürcüstanın xarici İşlər naziri David Zalkaliani məlumat verib.

Onun sözlərinə görə, müvafiq qərarı Gürcüstan hökuməti qəbul edib.

Nazir deyib ki, Gürcüstan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük diqqət ayırır və ölkə nümayəndələrinin həmin qurumlarda vəzifə tutmaları böyük uğurdur.

Qeyd edək ki, Z.Pololikaşvili 2017-ci ildə UNWTO-nun 2018-2021-ci illər ərzində baş katibi seçilib. Bundan öncə o, Gürcüstanın İspaniyadakı səfiri olub/Report.