XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 22:39

Avropa İttifaqı ilə Böyük Britaniya ticarət sazişi imzalayacaq –Bu tarixdə

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya rəhbərləri “Brexit”dən sonrakı dövr üçün ticarət sazişini dekabrın 30-da onlayn rejimdə imzalayacaqlar.

Bu barədə Aİ Şurasından bildiriblər.

Dekabrın 24-də aylardır davam edən ağır danışıqlardan sonra tərəflər arasında ticarət də daxil olmaqla gələcək əməkdaşlığa dair razılığa gəlinib. İndi də Aİ ölkələri və Böyük Britaniya parlamentləri, habelə Avropa Parlamenti həmin razılaşmanı təsdiq etməlidir.

Dekabrın 31-də başa çatacaq keçid dövründən sonra Aİ ilə Böyük Britaniya arasında Ticarət və Əməkdaşlıq Sazişi layihəsinin tam mətni Avropa Komissiyası tərəfindən dərc edilib. Bu sənədin həcmi 1 246 səhifədir/Report.