XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 13:13

Səməd Seyidov:"Əfqanıstan xalqı müharibədən əvvəl də, müharibə dövründə də bizi dəstəkləyib"

“Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdi. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin  bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir: “Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur”.