XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 20:40

YAP-ın Biləsuvar rayon təşkilatının sədri vəfat edib- Koronavirusdan

YAP-ın Biləsuvar rayon təşkilatının sədri dünyasını dəyişib.

Məlumata görə, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Səfər oğlu Mirzəyev koronavirusdan müalicə olunduğu xəstəxanada 66 yaşında vəfat edib. O, həm də “Cənubi Muğan” Kanalı İstismar idarəsinin rəisi olub.

Kamil Mirzəyev Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunun Aqrar sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsində alıb. İkinci ali təhsilini isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində qazanıb.