XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 19:00

Azərbaycan internet məkanında fişinq hücumlarının sayı azalıb

2020-ci ilin dekabr ayında Azərbaycanın “.az” domenində olan saytların hər 547-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

APA-Economis”in “Netcraft” analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 66-sı fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,18%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 85,7% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə “.az” domenində 36 minədək sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, Ukraynada hər 233, Rusiyada 71, Belarusda 979, Latviyada 93, Litvada 158, Estoniyada 175, Qazaxıstanda 900, Özbəkistanda 518, Tacikistanda 54, Qırğızıstanda 327, Gürcüstanda 218, Ermənistanda isə 241 sayta bir uğurlu fişinq hücumu düşür.