XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 20:06

Karantin rejimini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb- FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib. Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.