XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 May 2015 - 12:40

Yol polisi yeni avtomobillərlə xidmətə başladı – qaydanı pozmayın – FOTO
Yeni DYP maşınları ödənilməyən cəriməsi olanları aşkar edir, avtomobil həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir

Bu ilin fevral ayında Bakıya gətirilən yeni Yol-Patrul Xidməti avtomobilləri artıq istismara verilib. Avtosfer.az-ın məlumatına görə, ötən həftənin sonu Daxili İşlər Nazirliyi yeni avtomobilləri köhnələri ilə əvəzləyib. Bu gündən isə Bakıda yeni DYP avtomobilləri ilə xidmətə çıxan yol polislərinə rast gəlinib. Həmin avtomobillərin nömrələrinin axırı və seriyası eyni qalsa da, əvvəli 99-la başlayır – 99 YP-000…

Qeyd edək ki, fevral ayında avtomobillər Bakıya gətirilərkən Prezident İlham Əliyev post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillərə baxış keçirmişdi. ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Saxlanılan şəxslərin daşınması üçün isə “Mercedes” markalı 20 mikroavtobus gətirilib.

Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir.

Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompyuter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.