XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2021 - 18:36

Tərtərdə iki avtomobil toqquşub:ölən və xəsarət alanlar var

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, rayonun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Ə.Əlilinin və Bərdə rayon sakini F.Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Ə.Əlili aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini və digər sürücü  xəstəxanaya yerləşdirilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.