XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2021 - 23:02

Masallıda qaz xəttinə qanunsuz müdaxilə olunub:80 ev qazsız qalıb

Bu gün axşam saatlarında Masallı rayonunun Birinci Yeddioymaq kəndində qaz xəttinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, nəticədə 80 nəfər qazsız qalıb.

Belə ki, qaz xəttinin bağlanması və təmir işinin görülməsi barədə daxil olmuş məlumat əsasında əraziyə “104” qəza xidmətinin işçiləri baş çəkiblər. Onlar kənd sakinlərinin qaz xəttini özbaşına bağlayaraq, xəttin yerini dəyişdiklərinin şahidi olublar. Bu qanunsuz hərəkət 80 abonentin qazsız qalmasına gətirib çıxarıb. Hadisə aktlaşdırılıb, müdaxilə zamanı siyirtmə işlək durumda olmadığından qaz təchizatı hələlik bərpa olunmayıb.

“Vətəndaşlardan xahiş edirik ki, qaz xəttinin yerdəyişməsi üçün yerli xidmət sahələrinə müraciət edib, lazımi prosedurları icra etməklə bu işi peşəkarların görməsinə şərait yaratsınlar. Qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər. Belə halları müşahidə edənlərdən isə xahiş edirik ki, mütləq birliyin 104/185 saylı “Çağrı Mərkəzi”nə və yaxud 077 3104104 saylı vatsap nömrəsinə məlumat versinlər”, – İstehsalat Birliyindən bildirilib.