XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2021 - 23:26

Göygöldə yük maşını minik maşını ilə toqquşub:xəsarət alanlar var

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza zamanı “KamAZ” markalı yük maşını ilə minik maşını toqquşub.

Nəticədə minik maşınında olan bir ailənin dörd üzvü – 1985-ci il təvəllüdlü Tağıyev Cavid Rəfail oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsədli Leyla Fazil qızı və azyaşlı övladları, 2014-cü il təvəllüdlü Tağızadə Fatimə Cavid qızı və 2016-cı il təvəllüdlü Tağızadə Zeynəb Cavid qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. C.Tağıyevlə L.Əsədlinin vəziyyətinin ağır olduğu bildirilir. Azyaşlıların vəziyyəti isə normaldır.

Faktla bağlı araşdırma aparılır.