XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 10:34

Rusiyada qızıl mədəni uçub:dağıntı altında qalan fəhlələr axtarılır

Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.

Bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.

Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.

“Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi dağıntılarda fəhlələrin axtarışı və xilas edilməsi məqsədi ilə əməliyyat aparır”, – A.Zaboliçenko bildirib.

Qəzanın səbəbi açıqlanmayıb.