XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 15:54

“Füzulidə beynəlxalq aeroportun inşası azad edilmiş ərazilərin inkişafı üçün çox vacibdir”- Deputat

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və logistik xidmətlərin təmin edilməsi prioritet məsələlərdəndir. Bu baxımdan Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: “Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.

Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.

Deputat bildirib ki, eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir: “İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.

Füzuli beynəlxalq hava limanı – Füzuli nəqliyyat qovşağında yerləşir, avia əlaqə mərkəzinə çevrilir, relyef və coğrafi imkanlar, beynəlxalq hava limanı statusuna uyğun infrastruktur qurmaq imkanları baxımından da ən ideal yerdir”.