XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 16:02

Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub –Səbəb

Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Moskvada vacib danışıqlarda iştirak edəcək Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək.

Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Rusiyadan gələn həkimlər onu da müayinə edəcək.

Görüşdə Naxçıvan dəhlizi ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Görüşə Azərbaycandan da nümayəndə heyətinin getməsi nəzərdə tutulub.

Qeyd edək ki, N.Paşinyan yanvarın 5-dən COVİD-19-la bağlı özünütəcrid rejiminə keçib/Report.