XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2021 - 20:28

Dünya İqtisadi Forumunun keçirilmə vaxtı dəyişdirilib –Səbəb açıqlanmır

COVID-19 pandemiyası səbəbindən özünün ənənəvi məkanı olan Davos şəhərində deyil, Sinqapurda baş tutacaq Dünya İqtisadi Forumu (WEF) 2021-ci ilin mayın 13-16-dan 25-28-i tarixlərinə keçirilib.

Məlumata görə,  WEF-in keçirilmə vaxtının dəyişdirilməsinin səbəbləri göstərilməyib.

Bundan öncə WEF-in təsisçisi Klaus Şvab bildirmişdi ki, qlobal liderlərin sammiti iqtisadiyyatı birgə bərpa etməsi baxımından olduqca vacibdir.

Xatırladaq ki, bundan əvvəl forumun 2021-ci ilin yanvar ayının sonuna keçiriləcəyi planlaşdırılsa da, daha sonra pandemiya ilə əlaqədar tədbirin gələn ilin yayın əvvəlinə təxirə salındığı bildirilirdi. Forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir/APA.