XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 01:03

Ağdamdan məcburi köçkün düşmüş ailələrin sayı və yaşayış yeri tam dəqiqləşdirilib

Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: “Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub”.