Yaxın Şərq… Bu gün qanla xatırlanan bu region dünya üçün nə qədər dəhşətli məkan kimi görünsə də, onun sivilizasiya beşiyi olmağını, sanki, unudublar. Bu məkanın çağdaş tarixdəki liderləri ya oyuncaq olub, ya da fatal idealist… Mərhum Əli Kərimin “Şərq boyda xarabada”misrası bu məkanın qanlı tarxinin güzgüsüdür.
21-əsrin qanlı Şərqi İraqdan doğdu. 2003-cü ildə ABŞ ordusunun İraqa hucumu və diktator adlandırdıqları Səddam Hüseyni devirmələri Yaxın Şərqi yenidən bitməyən zülm girdabına saldı. 12 ildir bu qan dayanmadan axır: Ərşə çıxan ah-vay, ağlaşan üryan körpələr, dağılmış evlər, partladılmış insan tikələri… Budur Şərqin bugünkü vizionu…
Müdrik siyasətçi təkcə özünün mövcud olduğu dönəmi deyil, olmayacağı zamanı da duymalıdır. Geopolitik intiriqların bacarıqsız oyunçusu olmaq, məsuliyyət daşıdığın xalqın taleyini də təhlükəyə salır.
“Zaman axarında” layihəsində sizə bu fotoları təqdim edirik.
Moskva. 1973-cü il, 24 mart. SSRİ-də səfərdə olan Səddam Hüseyn Sov.İKP-nin baş katibi Leonid Brejnevlə görüşdə… SSRİ Yaxın Şərqdə ABŞ-a qarşı nufuz müharibəsində Səddama ümid edir. Gənc polkovnik Hüseyn də hakimiyyət kreslosunun möhkəm olmasının bir şərtinin Moskvada olduğunu anlayır.
Bağdad. 20 dekabr 1983-cü il. NATO-nun keçmiş komandanı, o zaman ABŞ prezidentinin xüsusi elçisi olan Donald Ramsfeld İraq prezidenti Səddam Hüseynlə görüşdə… İranla müharibədəki cəsarətinə görə Ramsfeld ABŞ prezidenti Reyqanın xüsusi minnətdarlığını Səddam Hüseynə çatdırır…
Amerikanlar 20 il sonra -2003-cü ilin dekabr ayında Səddamı quyudan çıxardılar və asdılar…
Təbəssüm hələ hər şey demək deyil…
Xaqani SƏFƏROĞLU