XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 09:33

Qarabağda külək enerjisi potensialının hesablanması planlaşdırılır- Açıqlama

Azərbaycan yaxın gələcəkdə Qarabağda külək enerjisinin potensialın dəqiq hesablamağı planlaşdırır.

Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

Onun sözlərinə görə, Qarabağın dağlıq hissəsində, 100 metr hündürlükdə orta illik sürəti saniyədə 7-8 metr olan küləklərin əsdiyi böyük ərazilər var:

“Globalwindatlas.info” platformasının məlumatlarına əsasən, Ermənistanla həmsərhəd olan Kəlbəcər və Laçın rayonlarında küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır”.

C.Mikayılov bildirib ki, ölçü stansiyalarının quraşdırılması yolu ilə külək enerjisi potensialının hesablamaları aparılacaq:

“Ümumilikdə Qarabağın dağlıq rayonlarında külək enerjisinin potensialı 300-500 meqavatt həcmində dəyərləndirilir”.