XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 15:47

DİN:"2258 nəqliyyat vasitəsi geri qaytarılıb"

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, 2021-ci il yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2258 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb:

“Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik”.